Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Arestoviç Zelenskidən danışdı:...ömürlük həbsdə yatmalıdır

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç hakimiyyətə gələrsə, Vladimir Zelenskini mühakimə edəcəyinə söz verib.

Yenixeber.org: Bu barədə hazırda axtarışda olan Arestoviç jurnalist Aleksandr Şelestlə onlayn yayımda bildirib.

“İnsanlar məndən tez-tez soruşmağa başlayıblar: prezident olsam, Zelenskini həbs edəcəm? Axı mən bunu necə edə bilərəm? Həbs qərarını məhkəmə verir. Ancaq onun tutulması üçün göstəriş verəcəm”, - o deyib.

Arestoviç heç bir xarici ölkənin Zelenskini və onun dəstəsini xilas etməyəcəyini iddia edib:

“Biz hamını tutacağıq, harada gizlənməsindən asılı olmayaraq, onları yerin altından çıxaracağıq, geri gətirəcəyik və hökmü canlı efirdə oxuyacağıq”.

Onun fikrincə, Zelenskinin “başından bir tük də” əskik olmamalıdır, o, ömürlük həbsdə yatmalıdır.

Qeyd edək ki, bəzi iddialara görə, Qərb Arestoviçə “Zelenskini əvəzləyəcək ehtiyat kadr” kimi baxır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam