Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Növbəti köç karvanı Ballıcaya çatıb-FOTOLAR

 

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Xocalı rayonuna qayıdışı davam edir. Fevralın 24-də növbəti köç karvanı respublikamızın müxtəlif şəhər və rayonlarından Xocalıya yola salınıb.

Yenixeber.org xəbər verir ki, bu mərhələdə 95 nəfərlik 22 ailə artıq daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Xocalı rayonuna köç edən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib və bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Ballıca kəndində mənzillərin açarları təqdim edilib, onlara doğma torpaqlarında xoşbəxt həyat arzulanıb.

Bununla da bu günə qədər Ballıca kəndində 112 ailə, yəni 562 nəfərin daimi məskunlaşması təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam