Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İlham Əliyev:Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək

 

Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı əminliklə ifadə edib ki, səfər ölkələr arasında qardaşlıq əlaqələrini gücləndirəcək.

"Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır", - Prezident əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam