Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İmamoğlu barəsində daha bir araşdırma başladıldı

 

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində bakalavr diplomunun saxta olması iddiaları əsasında daha bir araşdırma başladılıb.

Yenixeber.org xəbər verir ki, İmamoğlu məsələ ilə bağlı martın 5-də ifadə verəcək. 

Xatırladaq ki, İstanbulun meri barəsində bundan əvvəl iki araşdırma başladılıb. O, bir müddət əvvəl televiziya proqramında iştirak edərkən İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.

İmamoğlunun Akın Gürlek və ailəsi ilə bağlı dediyi ifadələrə görə həbsi tələb olunub. Belə ki, bununla bağlı İstanbul Cümhuriyyət  Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən ittiham aktı hazırlanıb. Akta əsasən, İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilməsi istənilir.(Hürriyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam