Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Gürcüstan parlamentində 14 qanun layihəsi irəli sürülüb: QHT-lərin iştirakı məcburi olmayacaq

 

Gürcüstan parlamentində 14 qanun layihəsindən ibarət qanunvericilik paketi irəli sürülüb.

Yenixeber.org xəbər verir ki, sənədlərin icrasına başlandıqdan sonra ictimai qərarların qəbulu prosesində qeyri-hökumət təşkilatlarının iştirakı artıq məcburi olmayacaq.

Dəyişikliklərə əsasən, Prokurorlar Şurasına və Ümumi Məhkəmələrin Hakimlərin İntizam Kollegiyasına namizədlər QHT-lər tərəfindən irəli sürülmüş şəxslər arasından seçilməyəcək. Bundan əlavə, Milli Tənzimləyici Orqanda istehlakçıların maraqlarının müdafiəsinə cavabdeh olan qurumun formalaşmasında da QHT nümayəndələri iştirak etməyəcək.

Parlament çoxluğunun qərarına əsasən, bu dəyişikliklər QHT-lərin dövlət qərarlarının qəbulunda məcburi iştirakını nəzərdə tutan bütün qanunlara şamil ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam