Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Kraldan Qurban bayramı çağırışı: Heyvan kəsməyin!

 

Mərakeş Kralı VI Məhəmməd Qurban bayramı ilə bağlı əhaliyə çağırış edib.

Yenixeber.org xəbər verir ki, o, ölkədə davam edən quraqlıq və iqtisadi çətinliklər səbəbindən əhalini Qurban bayramında heyvan kəsməməyə çağırıb.

Bildirilib ki, bu çağırış son illərdə davam edən quraqlıqlar nəticəsində heyvan sayının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Rəsmi məlumatlara görə, son doqquz ildə Mərakeşdə mal-qara və qoyun sürülərinin sayı 38% azalıb. 

Kralın mesajında iqlim və iqtisadi çətinliklərin nəzərə alınmasının vacibliyi vurğulanıb və bu çətin şəraitdə ənənəvi qurban kəsmənin xüsusilə məhdud gəlirli ailələr üçün əlavə yük ola biləcəyi qeyd edilib.

Qeyd edək ki, Mərakeşdə bu cür tədbirlər daha əvvəl də həyata keçirilib; 1963, 1981 və 1996-cı illərdə də oxşar səbəblərdən vətəndaşlardan qurban kəsməkdən çəkinmələri istənilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam