Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ukraynaya dair razılaşma ya tez olacaq, ya da heç olmayacaq -Tramp

 

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna nizamlanmasına dair razılaşma ya nisbətən tez əldə olunacaq, ya da heç olmayacaq.

Yenixeber.org-un məlumatına görə, Tramp bu barədə ikitərəfli danışıqların yekunu üzrə Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, Ukrayna nizamlanması məsələsində “böyük irəliləyiş” əldə olunub.

"Mən düşünürəm ki, işlər olduqca sürətlə gedir",- Amerika lideri deyib.

"Bu, nisbətən tez baş verəcək və ya heç olmayacaq", - Tramp belə hesab edir.

“Əgər sülh istəyirsənsə, münaqişənin hər iki tərəfi ilə danışmalısınız”, - Tramp vurğulayıb. O qeyd edib ki, bu yanaşmanı sağlam düşüncə diktə edir.

“Növbəti addımımız atəşkəsə doğru olacaq, buna nail olmaq tamamilə mümkündür. Ümid edirik ki, bu, tezliklə baş verə bilər", - ABŞ prezidenti sözlərini yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam