Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İsrail Qəzzaya humanitar yardımların buraxılmasını dayandırıb

Qəzzaya humanitar yardım olan yük avtomobilləri yola düşüb - BMT

      İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.

Yenixeber.org: Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

İsrail Baş naziri humanitar yardımların dayandırılmasına qərar verib

Qeyd edilib ki, İsrail Baş naziri Binyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.

İsrail və HAMAS arasında əsir və girovların mübadiləsi ilə bağlı razılaşma pozulub

Qeyd edək ki, HAMAS İsrailin razılaşmanın bütün əsir və girovların azad olunması və tam atəşkəs elanını nəzərdə tutan ikinci mərhələsinə başlamaq istəmədiyi üçün Stiv Vitkoffun təklifini qəbul etmədiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam