Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Turizm Agentliyində QALMAQAL -Aparat rəhbəri İŞDƏN ÇIXARILDI

 

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

Yenixeber.org-un məlumatına görə, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.

Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. "Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar", - iddialarda deyilir.

Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib. 

2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəridir.

ABŞ Dövlət Departamentinin "Fulbright" və "Edmund S.Muskie" Təqaüd Proqramlarının, eləcə də "Arden J.Elsasser Memorial Award" mükafatının qalibidir.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam