Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

DTX rəisi: Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında hələ də qeyri-konstruktiv mövqe sərgiləyir

 

Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində hələ də qeyri-konstruktiv mövqe sərgiləyir.

Yenixeber.org xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri ilə görüşü zamanı deyib.

Dövlət Komissiyasının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirdir:

“Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində işlər görülüb. Eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan əməkdaşlıq etmək niyyətində olmur və hələ də qeyri-konstruktiv mövqe sərgiləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam