Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Astanaya səfərini əhəmiyyətli adlandırıb.

Yenixeber.org xəbər verir ki, Kasım-Jomart Tokayev bunu Prezident administrasiyasında Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.

"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir. Biz Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.

Görüş zamanı Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin və sualtı elektrik kabelinin çəkilişi də daxil olmaqla iri strateji layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Ticarət, investisiya, rəqəmsallaşdırma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam