Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Erməniəsilli şahid: Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı- FOTOLAR

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib.

Yenixeber.org xəbər verir ki, şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib və deyib: “Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən”.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”

Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib.

Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam