Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

85 əcnəbi Gürcüstandan deportasiya edilib -Azərbaycanlılar da var

 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin fevral ayında ölkədə qanuni əsas olmadan məskunlaşan 85 əcnəbi çıxarılıb.

Yenixeber.org: Deportasiya edilən əcnəbilər arasında İran, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, İordaniya, Nigeriya, Əlcəzair, Çin, Ermənistan, Nepal, Hindistan, İraq, Misir, Livan, Myanma, Litva, İsrail və Kamerun vətəndaşlarının olduğu bildirilir.

Bəzi əcnəbilər Gürcüstanı könüllü tərk edib, bəziləri isə Miqrasiya İdarəsi tərəfindən ölkədən zorla çıxarılıb. Bundan sonra onların hamısının ölkəyə girişi qadağan edilib.

Gürcüstandan deportasiya edilən qeyri-qanuni mühacirlərin sayı ildən-ilə artır. Ölkə Daxili İşlər Nazirliyinin statistik məlumatına görə, onların sayı 2024-cü ildə 430, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 nəfər olub.(“Novosti-Qruziya”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam