Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Qarabağda qəbristanlıqlar üçün torpaq ayrılıb

 

Azad edilən ərazilər üzrə qəbiristanlıqlara ayrılan torpaq sahələrinin həcmi açıqlanıb.

Yenixeber.org xəbər verir ki, 2022-2026-cı illər ərzində müvafiq ərazilər üzrə şəhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub.

Hesabata əsasən, bu istiqamətdə aidiyyəti qurumlar müvafiq işlərin icrasını davam etdirir.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Füzuli şəhərində 26 ha, Şuşa şəhərində 5,5 ha torpaq sahəsi ayrılıb və qeyd olunan şəhərlərin Baş Planında təsbit olunub.

Zəngilan şəhərində 3,9 ha, Cəbrayıl şəhərində 3,5 ha, Qubadlı şəhərində 3,42 ha, Laçın şəhərində 4,33 ha, Kəlbəcər şəhərində 3,5 ha torpağın qeyd olunan məqsəd üçün ayrılması istiqamətində torpaqayırma icraatı davam edir.

Həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdam rayonu ərazisində yerləşən Qarağacı qəbiristanlığı (56,86 hektar) üçün müvafiq qaydada müraciət edilib, lakin məsələyə dair Mədəniyyət Nazirliyinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi olduğundan icraat başa çatdırılmayıb.

Bundan başqa, azad olunan ərazilərdə qəbiristanlıqların bərpası və dünyasını dəyişmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfn edilməsinə şəraitin yaradılması istiqamətində müvafiq işlər aparılır.

Məlumat üçün bildiririk ki, ötən dövrdə Füzuli şəhərində mövcud köhnə qəbiristanlıqda 15 nəfər, Laçın şəhərində 2 nəfər və Şuşa şəhərində 4 nəfər dəfn edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam