Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb

Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib.

Yenixeber.org məlumatına görə, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb.

Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7 % təşkil edir.

Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43 %) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu Avropa ölkəsinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik müqayisədə 5,83 % artım) təşkil edib.

2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,854 milyon ABŞ dolları, ölkəyə yatırılan investisiyaların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam