Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

AYNA Nardaranla bağlı səhvini düzəltdi-FOTOLAR

 

Xəbər verdiyimiz kimi, bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılması müzakirələrə səbəb olmuşdu. Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə vermişdi.

Yenixeber.org-un məlumatına görə, artıq həmin istiqamətlərdə yol nişanlarında “Sea Breeze” adı silinib, əvəzində isə Nardaran adı əks olunub.

Qeyd edək ki, “Sea Breeze” lövhələrdə Azərbaycan dilində olmayan yeganə ad idi. Görəsən, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi? Yoxsa, əksəriyyətin narazılığına səbəb olacaq addımı atıb, sonra da ona düzəliş etmək üçün dövlət büdcəsinə yenidən əl atmaq lazım imiş?..

Əvvəl

Sonra



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam