Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq -RƏSMİ

Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq, çünki bunlar texniki məsləhətləşmələrdir.

Yenixeber.org: Məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə Moskva və Vaşinqtona məlumat verilib.

Peskov hazırda danışıqların nəticələrinin təhlil edildiyini söyləyib. Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və ABŞ təmasları davam etdirəcək, lakin təmasların vaxtı və nümayəndə heyətlərinin tərkibi ilə bağlı hələlik konkret məlumat yoxdur.

Peskov Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş hələlik planlaşdırılmadığını da söyləyib. Kreml rəsmisi Putinlə Tramp arasında hələlik heç bir danışığın planlaşdırılmadığını, lakin lazım gələrsə, tez bir zamanda bunun razılaşdırılacağını əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam