Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Vens: Mask ABŞ administrasiyasında qalacaq

 


ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Amerika administrasiyasındakı işini hələ başa çatdırmayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti JD Vens bildirib.

Onun sözlərinə görə, Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasında müşavir kimi fəaliyyət göstərəcək: “Biz İlon Maskdan hökumətin səmərəliliyini artırmağa kömək etməsini istədik. Proses altı ay çəkəcək. Mask bu altı aydan sonra da müşavir kimi xidmətini davam etdirəcək, onun administrasiya ilə işi bitmək üzrə deyil”.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karolin Levit ötən gün İlon Maskın Hökumətin Səmərəliliyi Departamentindəki vəzifəsini başa vurduqdan sonra dövlət qulluğundan təqaüdə çıxacağını bildirib: “İlon Mask və Prezident Tramp - hər ikisi açıq şəkildə bildiriblər ki, Elon Hökumətin Səmərəliliyi Departamentindəki inanılmaz fəaliyyətini başa çatdıqdan sonra xüsusi dövlət işçisi kimi dövlət xidmətini tərk edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam