Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Keniya Prezidenti: "Bir kəmər, bir yol" çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilərik”

Keniya "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilər.

Yenixeber.org xəbər verir ki, bunu “Xinhua” agentliyinə Pekində dövlət səfərində olan Keniya Prezidenti Uilyam Ruto bildirib.

Onun səfəri aprelin 26-dək davam edəcək.

"Keniyada "Bir kəmər, bir yol" çərçivəsində Nayrobi sürət magistralı və Mombasa-Nayrobi standart dəmir yolu kimi əməkdaşlıq layihələri Çinlə tərəfdaşlığın həyat qabiliyyətli və qarşılıqlı faydalı olduğunu göstərir ki, bu da Keniyanın nəqliyyat bağlantısını genişləndirib və Şərqi Afrikada regional inteqrasiyaya kömək edib", - U.Ruto bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar 60 illik tərəfdaşlığın dərinləşdirilməsinə yönəldiləcək.

Prezident həmçinin qeyd edib ki, Keniya "yaşıl iqtisadiyyat"a keçidi sürətləndirmək üçün Çinlə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Günəş panelləri və elektrikli avtomobil istehsalında dünya lideri olan Çin əməkdaşlıq üçün əvəzsiz imkanlar təqdim edir, belə ki, Keniya bərpa olunan enerji mənbələri ilə zəngindir.

Bundan başqa, Keniya istehsal, kənd təsərrüfatı, nəqliyyat və enerji kimi mühüm sektorlarda Çinlə əməkdaşlığın inkişafında maraqlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam