Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Lu Mey: Azərbaycan Prezidentinin Çinə səfəri tarixi hadisə oldu

 

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-24-də Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisədir.

Yenixeber.org xəbər verir ki, bu barədə Çinin Bakıdakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.

"Çin Sədri Si Cinpinin dəvəti ilə aprelin 22-24-də Azərbaycan Prezidenti İlham Əliyev Çinə dövlət səfəri edib. Azərbaycanda yeni təyin olunmuş Çin səfiri kimi iki ölkənin dövlət başçıları arasında fikir mübadiləsinin bu mühüm tarixi anının və ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasının şahidi olmaq şərəfinə nail oldum", - diplomat bildirib.

Səfir xatırladıb ki, Prezident İlham Əliyev Çinə yeddi dəfə səfər edib, Çin Sədri Si Cinpin ilə indiyədək 10-dan çox görüş keçirilib.

"Prosesin əvvəlindən sonuna qədər bu səfərdə iştirak edərək, ən çox hiss etdiyim odur ki, dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün bir kompas rolunu oynayır. İki dövlətin başçıları yaxşı iş münasibətləri qurub və şəxsi dostluq əlaqələrini möhkəmləndiriblər. Məhz onların strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri daim yeni səviyyəyə qalxır və tarixdə ən yüksək səviyyəyə çatıb", - L.Mey bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam