Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Estoniyadan Ukraynaya növbəti DƏSTƏK

Estoniya Ukraynaya 150 nəfərlik hərbi heyət göndərməyə hazır olduğunu açıqlayıb

“Ukraynaya dəstək məqsədilə hərbi təlimatçılardan və qərargah zabitlərindən ibarət 150 nəfərlik heyət göndərməyə hazırıq”.

Yenixeber.org: Bu barədə açıqlamanı ölkənin Baş naziri Kristen Mixal verib.

O, ölkəsinin Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi və hazırda formalaşmaqda olan arzuedənlər koalisiyasının tərkibindəki missiyada iştirak etmək niyyətində olduğunu da bildirib.

K. Mixal söyləyib ki, müvafiq qərar layihəsi təsdiqlənməsi üçün Parlamentə təqdim olunacaq.

Estoniyanın hökumət başçısı Ukraynanın təhlükəsizliyinə təminat verilməsi yolunun NATO-ya üzvlükdən keçdiyini də sözlərinə əlavə edib:

"Şimali Atlantika Alyansına üzvlük məsələsində ləngimələr olsa Ukraynanın təhlükəsizliyi müttəfiqlərdən təşkil olunacaq hərbi qüvvələr tərəfindən təmin edilməlidir. Çünki burada söhbət həm də Avropanın təhlükəsizliyindən gedir. Avropa ailəsinə mənsub olan müstəqil və suveren Ukrayna Moskvanın imperializmi ilə mübarizə məsələsində ən uğurlu strateji zəmanətdir”.(“err.ee”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam