Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

ABŞ Ukrayna ilə təbii resurslarla bağlı saziş çərçivəsində üç sənəd imzalayıb

ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində ümumilikdə üç sənəd imzalayıblar.

Yenixeber.org: Bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, sazişin imzalanması əvvəlcə 28 fevral tarixində, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş zamanı yaşanan gərginlik səbəbindən baş tutmamışdı. Son günlərdə də isə sazişin taleyi qeyri-müəyyən idi.

"Ukrayna əsas iqtisadi müqavilə və iki texniki razılaşmanı imzalamaqla bağlı tərəddüd edirdi", – deyə "Politico" qeyd edir.

Mənbələrin bildirdiyinə görə, ABŞ Maliyyə Nazirliyi bu məsələdə sərt mövqe nümayiş etdirib. Nəticədə, Ukrayna son anda sənədlərə dəyişiklik edilməsini tələb etdikdən sonra tərəflər hər üç sənədi imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam