Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ərdoğan İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb.

Yenixeber.org-un məlumatına görə, türkiyəli lider bunu Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet olaraq qalır.

Ərdoğan bildirib ki, ABŞ, Rusiya və Ukrayna liderləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb, həmçinin İtaliyanın baş naziri, Fransanın prezidenti ilə onların təşəbbüsü ilə telefon danışıqları olub: "2022-ci ilin martından bəri ilk dəfədir ki, qan tökülməsinin dayandırılması üçün həqiqətən real imkan yaranıb. Mən avropalı həmkarlarımı Rusiya və Ukrayna arasında dialoq kanalının açıq qalması üçün dəstək verməyə çağırıram. Türkiyə, öz növbəsində, sülh nizamlanmasına mümkün töhfəsini verməyə davam edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam