Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Prezident Bakıda zavodun aşılı.ında -FOTO

Prezident Bakıda zavodun AÇILIŞINDAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.

Yenixeber.org: İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.

“Azərsun Holdinq”ə məxsus “Qafqaz” konserv zavodu və “Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar “Made in Azerbaijan” brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam