Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi -AÇIQLAMA

 

Azərbaycanda fəaliyyət göstərən və əvvəlki adı “Uber Azərbaycan” MMC olan taksi şikəti, eləcə də onun direktoru cərimələnib.

Yenixeber.org: Bu barədə  Baş Prokuroluq məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən “Ridetech” MMC-nin (əvvəlki adı ilə “Uber Azərbaycan” MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 5000 manat məbləğində inzibati cərimə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam