Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Fəxrəddin Fərhadovun şirkəti “Kristal CF” cərimələndi -SƏBƏB

media-800

“Kristal CF” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vergi orqanları tərəfindən 706.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Yenixeber.org: Məlumata  görə, bu qərar Operativ vergi nəzarəti çərçivəsində tərtib olunmuş AKT əsasında verilib.

Cəriməyə səbəb kimi pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların qaimə-faktura və ya elektron vergi sənədləri olmadan alınması halları göstərilib.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəbir Çobanzadə küçəsi, ev 32B olaraq qeyd olunub. Qanuni təmsilçisi Vahid Sadıqov Rafiq oğludur, nizamnamə kapitalı isə cəmi 20 AZN təşkil edir.

Xatırladaq ki, mediada yayılan məlumatlara əsasən, “Kristal CF” əmtəə nişanı ilə satışda olan “Baranina” adlı kolbasa məhsulunun üzərində “halal” markalanmasına baxmayaraq, tərkibində donuz əti və piyi aşkar edildiyi bildirilmişdi. Bu məsələ ictimaiyyətdə geniş rezonans doğurmuşdu.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam