Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

media-fntgkk

“AF BEACH HOTEL”i icarəyə götürmüş Aypara Dadayevanın çalışdırdığı işçilərin əmək haqlarını ödəmədiyi iddia olunur.

media-aaaf

Yenixeber.org: Məlumata görə, “AF BEACH HOTEL”i 5 illik icarəyə götürən Aypara Dadayevanın günəmuzd işlətdiyi şəxslərdən Mehdiyeva Sevdaya 1740 azn, Səxavət Quliyevə 1600 azn, baş usta Behbudov Müşviqə 3700 azn əmək haqqını verməyib.

İddiaya görə, Aypara Dadayeva işçiləri işlədikdən sonra onların əmək haqlarını verməkdən boyun qaçırır.

Baş usta Müşviq Behbudov məsələ ilə bağlı Patrulaz.az-a açıqlamasında bildirib ki, Aypara Dadayevanın təklifi ilə təmir işləri üçün 12 nəfərlik usta briqadası cəlb edib. Ustalar təxminən 10-12 gün işləyib. Ardınca isə Dadayevanın istəyi ilə 2 mərtəbəli, 8 kotecdən ibarət ərazidə təmizlik işləri üçün xadimələr də işə cəlb olunub:

“Təxminən 2 ay öncə “AF BEACH HOTEL”də təchizatçı kimi işləməyə başladım. Aypara Dadayeva məndən əvvəlcə ustalar, sonra isə təmizlik üçün xadimələr tapmağımı xahiş etdi. Amma 15 gün ərzində görülən bütün işlərə baxmayaraq, nə mənim, nə də digər işçilərin maaşı ödənilmədi”.

Adıçəkilən işçilər Aypara Dadayevadan haqlarının verilməsini tələb ediblər. Lakin onların sözlərinə görə, Dadayeva hər gün onları aldadaraq, pulu növbəti gün verəcəyini bildirir.

Əmək haqqını ala bilməyən digər şəxs Səxavət Quliyev də sözügedən şikayət üzrə çıxış edib:

“Mən Səxavət Quliyev, Aypara xanımın işi gördürüb, pulunu ödəmədiyi şəxslərdən biriyəm. O, mənə 1600 manat borcludur. Hər dəfə sabah verəcəyini deyir, amma nəhayətdə heç bir ödəniş etmir”.

İddialara görə, Aypara Dadayevanın adı əvvəllər də 651 min manatın mənimsənilməsi ilə əlaqəli qalmaqallarda hallanıb.

Qeyd edək ki, əmək haqlarını ala bilməyən işçilər məsələ barəsində Binəqədi rayonu 43-cü Polis Bölməsinə müraciət ediblər.(patrulaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam