Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Azərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər- FOTOLAR

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə belaruslu həmkarı general-leytenant Viktor Xrenin ilə danışıqlar aparıb.

Yenixeber.org: Bu barədə Belarus müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Qarşılıqlı maraq doğuran sahələrdə onun intensivləşdirilməsi yollarını müəyyənləşdiriblər.

Z.Həsənov qeyd edib ki, Azərbaycan Belarus ilə hərbi və hərbi-texniki əməkdaşlığı yüksək qiymətləndirir: "Nümayəndə heyətlərinin mübadiləsi təkcə təcrübə mübadiləsi deyil, həm də ölkələrimizin yaxınlaşmasıdır".

Belarusun müdafiə naziri öz növbəsində vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq yüksək etimad səviyyəsi ilə fərqlənir: "Belarus və Azərbaycan arasında əməkdaşlıq açıq xarakter daşıyır və yüksək səviyyəli çoxtərəfli dialoq ilə fərqlənir. Bunun ən yaxşı təsdiqi iki ölkənin prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında dostluq və etimad münasibətləridir. Bir daha hərbi sahədə ikitərəfli münasibətlərimizin yüksək səviyyəsini, ən əsası isə onların daha da dərinləşdirilməsi üçün qarşılıqlı maraq və potensialın mövcudluğunu vurğulamaq istəyirəm".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam