Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Cümhuriyyət Bayramı münasibətilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçıları üçün rəsmi şam yeməyi təşkil edəcək.

Yenixeberorg.az xəbər verir ki, Ərdoğan əvvəlcə Anıtqəbirə gedəcək, daha sonra Prezident Külliyəsində təbrikləri qəbul edəcək və Beştəpə Millət Meşəsinin açılış mərasimində iştirak edəcək.

Rəsmi şam yeməyində Qırğızıstan Prezidenti Sadır Japarova orden təqdim olunacaq. Mərasimdə Türkiyə və Qırğızıstan prezidentləri çıxış edəcəklər.

Tədbir çərçivəsində Əlişir Nəvai Beynəlxalq Mükafatı da laureatına təqdim ediləcək. Proqramda konsertlər və TÜRKSOY-un rəqs şousu nəzərdə tutulub.

TRT Haber-in məlumatına görə, şam yeməyində türkiyəli müğənni Kıraç və qazaxıstanlı ifaçı Dimash Qudaibergen də səhnəyə çıxacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam