Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Türkiyəli hərbçilər Azərbaycanın Quru Qoşunları Komandanlığında -FOTOLAR

Türkiyə nümayəndə heyəti Azərbaycanın Quru Qoşunları Komandanlığında olub
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

Yenixeber.org: Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov professor Serdar Salmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki dost və qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıqlarının artırılmasında hərbi təhsilin önəmi, eləcə də təcrübə mübadiləsi məqsədilə keçirilən birgə təlimlərin vacibliyi xüsusi vurğulanıb, maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib. Türkiyəli qonaqlara Quru Qoşunlarımızın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və qazandığı uğurlar haqqında brifinq təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam