Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Sibiqa: Rusiyaya təzyiq gücləndirilməli -18-ci sanksiya paketinin qəbul edilməsini gözləyirik

 

Ukrayna xarici işlər naziri Andrey Sibiqa yaxın zamanda Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul ediləcəyinə ümid edir.

Yenixeber.org xəbər verir ki, o, bu barədə Kiyevdə almaniyalı həmkarı İohann Vadeful ilə birgə mətbuat konfransında bildirib.

"18-ci sanksiya paketi yaxın zamanda qəbul edilməlidir. Biz buna çox ümid edirik. Tərəfdaşlarımız Rusiyaya qarşı sanksiyaları təkcə Ukraynanı dəstəkləmək üçün deyil, həm də özləri üçün - Avropanı qorumaq üçün tətbiq edirlər", - o vurğulayıb.

Sibiqa Almaniyaya sanksiya paketinin irəliləməsində dəstəyinə, həmçinin "Şimal axınları" ilə bağlı qəti mövqeyinə görə təşəkkür edib.

"Rusiyaya təzyiq Atlantikanın hər iki tərəfində koordinasiya edilməlidir. Biz ABŞ-də güclü sanksiya addımlarının, xüsusilə Lindsi Qremin qanun layihəsinin qəbul ediləcəyinə ümid edirik. Belə addımlar sülh prosesinə mane olmayacaq, əksinə kömək edəcək", - nazir bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam