Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Həmməruzəçi: Fransada həbsxanalarda gəmiricilər, tarakanlar və taxtabitilər kütləvi yayılıb

 

Fransadakı cəzaçəkmə müəssisələrində məhbus sıxlığı ölkənin həbsxana şəraiti ilə bağlı ciddi narahatlıqlar doğurur.

Yenixeber.org-un məlumatına görə, bu barədə BMT İnsan hüquqları Ali Komissarlığının ofisində İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkə üzrə həmməruzəçi və ekspert Abderrazak Ruvane (Mr. Rouwane) deyib.

Komitə Fransanın İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın müddəalarına uyğun olaraq səkkizinci dövri hesabata baxılması prosesini başa çatdırıb.

Bildirilib ki, həbsxanalarda 79 mindən artıq məhkum saxlanıldığı halda, mövcud yerlərin sayı cəmi 61 mindir.

“Cəzaçəkmə müəssisələrində gəmiricilərin, tarakanların və taxtabitilərin kütləvi yayılması, sanitar şəraitin qeyri-qənaətbəxş olması və personal çatışmazlığı ilə bağlı məlumatlar var”, - A.Ruvane deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam