Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Lavrov Araqçi ilə görüşdü -İrana zərbələri pisləyib

Lavrov Braziliyada Araqçi ilə görüşüb, İrana zərbələri pisləyib
Rusiya xarici işlər naziri Sergey Lavrov BRICS sammiti çərçivəsində Rio-de-Janeyroda iranlı həmkarı Abbas Araqçi ilə görüş zamanı İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilmiş zərbələri qəti şəkildə pisləyib.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya tərəfi İsrail və ABŞ tərəfindən İrana qarşı təxribat xarakterli və beynəlxalq hüququn normalarına zidd zərbələri pislədiyini bir daha təsdiqləyib”, – XİN-in məlumatında deyilir.

Həmçinin vurğulanıb ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın yalnız siyasi-diplomatik yollarla həll olunması vacibdir.
Moskvanın bu istiqamətdə qarşılıqlı məqbul həll yollarının tapılmasına dəstək verməyə hazır olduğu qeyd olunub.("TASS")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam