Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Ərdoğan: Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır

 

Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrə münasibət bildirərək deyib.

O, Suriya Prezidenti Əhməd əş-Şaraanın İsrailə qarşı çox qətiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb:

"Hələlik heç bir güzəştdən söhbət gedə bilməz. Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır. Ən son addımlarla nəzarəti təmin etdilər. Suriya xalqı keçmişdə yaşadıqlarından dərs çıxarıb. Suriya Prezidenti ilə telefon danışığı zamanı bu məsələni müzakirə etdik. Bizdən gözləntilərini öyrəndik və onlara hər cür dəstəyi verəcəyimizi də söylədik".

R.T.Ərdoğan xarici işlər naziri Hakan Fidanın ABŞ-nin xüsusi nümayəndəsi və xarici işlər naziri ilə daimi təmasda olduğunu da diqqətə çatdırıb:

"Eyni şəkildə MİT rəhbərimiz İbrahim Kalın və milli müdafiə nazirimiz Yaşar Güler də həmkarları ilə əlaqədədir. Bölgədə son olaraq bu 2500 nəfərlik yüngül silahla təchiz edilmiş qüvvənin Süveydaya getməsinə icazə verildi. İki gündür Əmmanda toplantılar davam edir. Süveydanın ətrafı əhatə olunmuş vəziyyətdədir. Birliklərin içəri girib-girməməsinə icazə verməklə bağlı problem var".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam