Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Beynəlxalq mətbuat Prezidentin Media Forumda çıxışına geniş yer verib

 

Beynəlxalq mətbuat III Şuşa Qlobal Media Forumunu geniş şəkildə işıqlandırmağa davam edir.

Yenixeber.org xəbər verir ki, Çinin dövlət informasiya agentliyi “Sinxua” daxil olmaqla aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndidə Çinlə yüksək səviyyədə strateji əməkdaşlıqdan danışmasına diqqət çəkib.

Bununla yanaşı, Çin və Yaponiya mətbuatında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağı planlaşdırması məsələsi də xüsusi işıqlandırılıb.

“Hindustan Times” (Hindistanın ingilisdilli gündəlik qəzeti), “Vietnam+” (Vyetnamın rəsmi dövlət xəbər agentliyi olan Vyetnam Xəbər Agentliyinin ingilisdilli xidməti”, “La Radio del Sur” (Venesuelanın paytaxtı Karakasda yerləşən beynəlxalq radio şəbəkəsi) kimi mətbu orqanlar da, öz növbəsində, ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə əlaqədar Azərbaycan Prezidentinin beynəlxalq məhkəməyə dosyenin hazırlanması fikirlərinə xüsusi yer ayırıb.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi olan “WAM” (Wakalat Anba'a al Emarat) isə III Şuşa Qlobal Media Forumunun mövzu və mahiyyətinə diqqət çəkərək bu tədbirin dünyanın 52 ölkəsindən nüfuzlu jurnalistləri bir araya topladığını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam