Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

İkram Şeyx: B2B formatında əməkdaşlığın genişləndirilməsi Azərbaycanla ticarəti gücləndirəcək

 

"Biznes-biznes" (B2B) xətti üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi Pakistan və Azərbaycan arasında ticarətin stimullaşdırılmasında mühüm rol oynaya bilər.

Yenixber.org xəbər verir ki, bunu Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının (FPCCI) və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx İslamabadda Azərbaycanın səfiri Xəzər Fərhadovla görüşü zamanı bildirib.

"Pakistan Azərbaycanla ikitərəfli münasibətləri bütün sektorlarda dərinləşdirməyə sadiqdir. B2B xətti üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi iki qardaş ölkə arasında ticarətin stimullaşdırılmasında əhəmiyyətli rol oynaya bilər", - A.Şeyx bildirib.

O vurğulayıb ki, və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) kimi regional strukturlar çərçivəsində qarşılıqlı tərəfdaşlıq vacibdir.

Səfir isə öz növbəsində Şeyxin İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsindəki fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, hər iki ölkənin işgüzar dairələri ticarətin və kommersiya tərəfdaşlığının genişləndirilməsində üzərinə aparıcı rol götürməlidir.

Tərəflər görüş zamanı möhkəm iqtisadi tərəfdaşlığa sadiqliklərini təsdiqləyiblər və ikitərəfli ticarət əlaqələrinin tam potensialının açılması üçün sıx əməkdaşlığı davam etdirməyə razılaşıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam