Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

ABŞ İranla birbaşa danışıqlar aparmağa hazırdır

 

Vaşinqton İranla birbaşa danışıqlar aparmağa hazırdır.

Yenixeber.org-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Brüs brifinqdə bildirib.

"Biz iranlılarla birbaşa danışmağa hazırıq, həmçinin "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya, Fransa) ilə koordinasiya edirik", - o bildirib.

Brüs ABŞ prezidenti Donald Trampın iranlıların danışıqlardan yalnız qazanacaqları və İran rəhbərliyinin sülh və rifah yolunu seçmək üçün imkanlar pəncərəsinin olduğu barədə sözlərini sitat gətirib.

Daha əvvəl "Jerusalem Post" qəzeti öz mənbələrinə istinadən məlumat verib ki, Tramp artıq İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirakını zəruri hesab etmir: "Belə bir istək yaranarsa, xoş qarşılanacaq. Lakin biz onlara yalvarmayacağıq, onları dilə tutmağa çalışmayacağıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam