Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası ilə memorandum imzalayacaq

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər edəcək.

Yenixeber.org xəbər verir ki, səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.

Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Sənədin imzalanmasında əsas məqsəd mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə verməkdən ibarətdir.

İyulun 30-dək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam