Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda- FOTOLAR

 

Türkiyədə səfərdə olan qazi jurnalistlər bu gün Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda olublar.

Yenixeber.org xəbər verir ki, jurnalistlərlə görüşən baş konsul Nərminə Mustafayeva 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyindən və əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışıb.

O bildirib ki, bu Zəfər torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Azərbaycanın dünyada güclü dövlət kimi qəbul olunması ilə də nəticələnib.

Baş konsul görüş zamanı müharibədə döyüşçü kimi iştirak etmiş media nümayəndələrinə minnətdarlıq edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qazi jurnalistlər döyüşlər zamanı və informasiya cəbhəsindəki fəaliyyətlərindən söz açaraq bu qələbənin bir parçası olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər. 

Sonda xatirə hədiyyələrinin mübadiləsi olub, foto çəkdirilib. Səfər çərçivəsində qazi jurnalistlərin Qazi və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsində görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, səfər MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan nümayəndəliyinin koordinatorluğu, Türkiyə Media İşçiləri Həmkarlar İttifaqı və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Tədbir Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam