Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Suriya Es-Suveydada çoxsaylı insan tələfatına səbəb olan hadisələri araşdıracaq

 

Suriya hökuməti Es-Suveyda vilayətində toqquşmalara səbəb olan hadisələri araşdırmaq üçün komitə yaradıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Suriyanın Ədliyyə Nazirliyinə istinadən bildirib.

Qeyd olunub ki, yeddi nəfərdən (hakimlər, vəkillər və bir hərbçi ) ibarət olacaq komissiya hadisələrin baş vermə şəraitini araşdıracaq və üç ay ərzində hesabat təqdim edəcək.

Komissiya mülki şəxslərə hücumları və onlarla pis rəftar barədə məlumatları araşdıracaq və cinayətlərdə iştirakı sübut olunanları məhkəmə orqanlarına təhvil verəcək.

Qeyd edək ki, iyulun 13-də Suriyanın Es-Suveyda vilayətində yerli xalqlar arasında toqquşmalar başlayıb. İğtişaşları yatırmaq üçün şəhərə hökumət qüvvələri göndərilib, lakin qurbanların sayı artmaqda davam edib. Hökumət qüvvələri ilə yerli əhali arasında toqquşmaların dayandırılması və druzların müdafiəsi üçün İsrail Müdafiə Ordusu Suriya ordusuna qarşı aviahücumlar həyata keçiri8b.

Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, Es-Suveyda vilayətində silahlı toqquşmalar nəticəsində təxminən 1300 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam