Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub

Yenixeber.org: Avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında telefon danışığı olub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsindən verilən məlumata görə, söhbət zamanı tərəflər Türkiyə-Britaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini, cari regional və qlobal prosesləri müzakirə ediblər.

Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Qəzza zolağındakı humanitar böhrana xüsusi diqqət yetirilib. Prezident Ərdoğan Türkiyənin Fələstin xalqına humanitar yardımın çatdırılması istiqamətində atdığı addımlar, eləcə də Ankaranın atəşkəsə yönəlmiş diplomatik səyləri barədə Böyük Britaniyanın Bş nazirinə məlumat verib.

Türkiyə dövlətinin başçısı Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında ədalətli və davamlı həllinin vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam