Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Ermənistan Prezidenti Pezeşkianın İrəvana səfərini səbirsizliklə gözləyir-FOTO

 

Türkmənistanda İranın vitse-prezidenti Məhəmməd Rza Arif və Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüş keçirilib.

Yenixeber.org xəbər verir ki, görüş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində baş tutub.

Tərəflər İran Prezidenti Məsud Pezeşkianın yaxın vaxtlarda Ermənistana səfəri barədə müzakirə aparıblar.

Bundan başqa İran və Ermənistan arasında ticarət, kənd təsərrüfatı, elm və texnologiya sahələri barəsində fikir mübadiləsi aparılıb.

İranın vitse-prezidenti ölkəsində fəaliyyət göstərən şirkətlərin Ermənistanda nəqliyyat, su bəndləri, yaşayış qəsəbələri və başqa infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib.

Ermənistan Prezidenti ölkəsinin İranla əlaqələrinin dərinləşdiyini vurğulayaraq, Pezeşkianın Ermənistana səfərini səbirsizliklə gözlədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam