Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri TBMM komissiyasının iclasına dəvət edilib

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının (ilk adı: Terrorsuz Türkiyə Komissiyası - red.) ikinci iclası bu gün keçiriləcək.

Yenixeber.org xəbər verir ki, TBMM sədri Numan Kurtulmuşun rəhbəlik edəcəyi toplantıda proseslə bağlı ilk məlumatlandırma sessiyası təşkil olunacaq.

Bildirilib ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da toplantıya dəvət edilib.

İclasın Bakı saatı ilə 15:00-da başlaması planlaşdırılır.

Xatırladaq ki, ilk toplantı avqustun 5-də keçirilmiş, Terrorsuz Türkiyə Komissiyasının adı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası olaraq dəyişdirilmişdi.

Sözügedən komissiya PKK terror təşkilatının özünü ləğv etməsi və silahları təhvil verməsindən sonra yeni reallığın hüquq müstəvisində təsbit edilməsi məqsədilə qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam