Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

KİV: KXDR Cənubi Koreya ilə sərhəddə bəzi səsgücləndiriciləri söküb

 

Şimali Koreya təbliğat yayımı üçün Cənubi Koreya ilə sərhəddə quraşdırılmış səsgücləndiriciləri sökməyə başlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

“Bu səhər Şimali Koreya ordusunun Cənubi Koreyaya yönəlmiş səsgücləndiriciləri sökmək üzrə fəaliyyəti müəyyən ərazilərdə qeydə alınıb”, - Komitədən bildirilib.

Hərbçilər əlavə edib ki, KXDR-in sərhəddəki bütün səsgücləndiriciləri söküb-sökməyəcəyini hələ dəqiqləşdirmək lazımdır. Qeyd olunur ki, Cənubi Koreya rəsmi Pxenyanın müvafiq fəaliyyətini izləməyə davam edəcək.

Mövcud məlumatlara görə, KXDR 40-a yaxın ərazidə belə səsgücləndiricilər quraşdırıb, onların bəzilərində artıq sökülmə işləri başa çatıb.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreya sərhəddəki gərginliyi azaltmaq üçün oxşar addımlar atmışdı. Cənublular KXDR-ə istiqamətlənmiş 20-yə yaxın stasionar səsgücləndiricini sökmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam