Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

 

Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək.

Yenixeber.org-un məlumatına görə, bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında qanunun dayandırılması deməkdir. Bu, həmçinin Ukrayna hökumətinin məlumatlarının təhlükəsiz yerdə saxlanmasına dəstəyi dayandırır", - o vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, yaranmış vəziyyət Rusiya qoşunları üçün "hədiyyə" olacaq. O, Prezident Navoritskini Ukraynaya qarşı münasibəti dəyişməyə çağırıb.

"Cənab Prezident - Siz siyasi mübarizə naminə hökumətə kor-koranə zərbələr vurmağı dayandırmalısınız. Siz öz müstəqilliyi uğrunda mübarizə aparan insanlara zərər verir və eyni zamanda Rusiyaya kömək edirsiniz", - o yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam