Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən II Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu.

Yenixeberorg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

"İllər ərzində danışıqlar hər hansı nəticəyə gətirib çıxarmadı və əslində, danışıqlar formatı elə bir şəkildə idi ki, nəinki münaqişə həll olunmasın, hətta o, dondurulmuş vəziyyətdə qalsın. Görünür, böyük güclər dünyada bunun üzərində bir konsensusa gəlmişdilər. Lakin onlar Azərbaycan xalqının və hökumətinin planları və ideyaları ilə münasibətdə səhv hesablamalar aparmışdır. Çünki biz işğala məruz qalmış ölkə kimi insanlarımızın adi insan hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq, onlar bunu bilməli idilər.

Biz müxtəlif fərqli sistemlərdə yaşadıq. Lakin heç bir sistem bizim milli hisslərimizi, gücümüzü üstələyə bilmədi. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra öz taleyimizin sahibinə çevrildi", - dövlət başçısı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam