Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Baş katib: Azərbaycan ŞƏT-in fəal dialoq tərəfdaşıdır

 

Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəal dialoq tərəfdaşlarıdır.  

Yenixeber.org xəbər verir ki, bunu təşkilatın baş katibi Nurlan Yermekbayev "RİA Novosti"yə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, hər iki ölkə həm ümumi əməkdaşlıq çərçivəsində, həm də birgə tədbirlərin keçirilməsində fəal şəkildə qarşılıqlı əlaqədədir.

Azərbaycan və Ermənistanın təşkilatdakı statusunun yüksəldilməsi planlarından danışan N.Yermekbayev vurğulayıb ki, yeni ölkələrin qəbulu ilə bağlı qərarı bütün üzv dövlətlər konsensus yolu ilə qəbul edir. "Hazırda bütün mövcud müraciətlər ŞƏT-in üzvü olan dövlətlər tərəfindən nəzərdən keçirilir", - baş katib əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycan ŞƏT-in dialoq tərəfdaşıdır. Bununla yanaşı, ölkə təşkilatdakı statusunun müşahidəçi statusuna yüksəldilməsi üçün müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam