Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Vilayət Eyvazov Xaçmazda vətəndaş qəbulu keçirdi -FOTOLAR

vilayet-eyvazov-xacmazda-vetendaslari-qebul-etdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 28-də və 29-da Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Yenixeber.org: Nazir əvvəlcə Xaçmaz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı və digər rayonlardan gələn 409 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 27 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 335 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam