Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Çinin nüvə triadası... –FOTO+VİDEO

Çin hərbi paradda öz ordusunun quruda, dənizdə və havada yerləşən strateji qüvvələrini ilk dəfə Tiananmen meydanında nümayiş etdirdi.

Yenixeber.org: Çinin strateji nüvə triadası ilk dəfə Pekində keçirilən rəsmi paradda nümayiş olunub.

Nüvə başlıqlı raketlərin yer aldığı ilk sütunda havadan buraxılan "Jinglei-1" raketi, sualtı qayıqdan buraxılan qitələrarası ballistik "Julanq-3" raketi, quruda yerləşdirilən "Dongfeng-61" və "Dongfeng-31" qitələrarası ballistik raketləri təqdim olunub.

Bundan əlavə, Pekinin strateji təhlükəsizliyin təminatı və qarşısının alınması vasitəsi kimi qiymətləndirdiyi "DF-5C" planetar məsafəli strateji qitələrarası nüvə raketi də paradda nümayiş etdirilib.



Məlumata görə, Çin Xalq Azadlıq Ordusu Pekində keçirilən təntənəli paradda bir sıra ən son “Hongqi” hava hücumundan müdafiə sistemlərini də nümayiş etdiri.

Nümayiş etdirilən sistemlərin arasında "Hongqi-20", "Hongqi-19" və "Hongqi-29" var. Bu sistemlər çoxsəviyyəli raketləri ələ keçirməyə qadirdir və uzun, orta və qısa məsafələrdə hava hücumundan müdafiəni təmin edir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam