Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Sааkaşvilini ömürlük həbs gözləyir -SƏBƏB

Sааkaşviliyə qarşı yeni ittiham: ömürlük həbs gözlənilir

Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası sabiq prezident Mixeil Saakaşvilini 2008-ci ildə baş vermiş beşgünlük Rusiya–Gürcüstan müharibəsinə görə ittiham edib.

Yenixeber.org: “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanmış 460 səhifəlik hesabatda Saakaşvilinin 2004-cü ildən etibarən Abxaziya və Cənubi Osetiya istiqamətində gərginliyi artırdığı, 2008-ci il avqustun 8-də isə Tsinvalinin Gürcüstan ordusu tərəfindən atəşə tutulmasının müharibəni alovlandırdığı iddia olunub.

Parlament sədri Şalva Papuaşvili bildirib ki, Saakaşviliyə qarşı “dövlətə xəyanət” maddəsi ilə yeni - altıncı cinayət işi açıla bilər. Bu isə ona ömürlük həbs cəzası ilə nəticələnə bilər.

Hesabatın parlamentdə açıqlanmasından sonra yüzlərlə müxalifətçi Tbilisinin Rustaveli prospektində aksiya keçirib. Polis yolun bağlanmasına imkan verməyib, nəticədə 23 nəfər saxlanılıb. Onlara inzibati qaydada 2 aya qədər həbs və ya 5 min lari (təxminən 1850 dollar) cərimə tətbiq oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam